Image description

2021-ci ilin birinci rübünün nəticələrinə görə, koronavirus pandemiyası səbəbindən Böyük Britaniyanın “British Airways” aviakompaniyasının zərəri 1,14 milyard dollar təşkil edib.

İndex.az xəbər verir ki, bu barədə Beynəlxalq Aviasiya Holdinqi (IAG) məlumat yayıb.

2019-cu illə müqayisədə bu ilin üç ayı ərzində aviakompaniyanın yüklənməsi cəmi 20 faiz təşkil edib. İkinci rübdə bu göstəricinin 25 faizə qədər artması gözlənilir.

İspaniyanın “Iberia” və İrlandiyanın “Aer Lingus” aviakompaniyalarının da daxil olduğu Beynəlxalq Aviasiya Holdinqi 2020-ci ildə 4,37 milyard dollar zərərə uğradığı barədə hesabat dərc edib. 2019-cu ildə holdinqin gəliri 1,71 milyard dollar olub. IAG pandemiyadan sonra aviasiya sahəsinin 2023-cü ildən tez bərpa olunacağını gözləmir.

Qeyd edək ki, “British Airways” ötən il pandemiya səbəbindən əməkdaşlarının sayını 25 faiz azaltmaq niyyətində olduğunu bildirib. Aviakompaniyanin məlumatına görə, ixtisara könüllü olaraq razılıq verən 6 min əməkdaşla razılıq əldə edilib.





©Banker

Bizi Telegram-da izləyin: t.me/indexaz