Image description

TuranBank və EMF Mikromaliyyə Fondu arasında Kiçik və Orta sahibkarlığın (KOS) maliyyələşdirilməsini genişləndirmək məqsədilə 5 milyon ABŞ dolları həcmində kredit sazişi imzalanıb. Cəlb edilən vəsait kiçik və orta biznesin maliyyələşdirilməsinə yönəldilməklə sahibkarların maliyyə resurslarına çıxış imkanlarını daha da genişləndirəcək.

İndex.az xəbər verir ki, TuranBank KOS-un maliyyələşdirilməsi üzrə beynəlxalq kredit xətlərinin cəlb edilməsi istiqamətində əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirir. Bankımız Beynəlxalq Maliyyə Korporasiyası (İFC), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB), ECO Ticarət və İnkişaf Bankı (ECO TDB) və.s kimi nüfuzlu maliyyə təşkilatları ilə Kiçik və Orta sahibkarlıq layihələri üzrə birgə əməkdaşlıq edərək qeyr-neft sektorunun davamlı inkişafına ciddi dəstək olur.

EMF Mikromaliyyə Fondu inkişaf etməkdə olan ölkələrdə maliyyə əlçatanlığını təşviq etmək üçün bir vasitə olaraq 2008-ci ildə təsis edilmişdir. Fond perspektivli, məsuliyyətli, gəlirli və davamlı kiçik və orta biznesləri dəstəkləyir.

1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 17 xidmət şəbəkəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir.





©Banker

Bizi Telegram-da izləyin: t.me/indexaz