Image description

“Tesla”nın rəhbəri İlon Mask keçən ilin sonunda ABŞ-da ən yüksək əmək haqqı alan CEO olub.

İndex.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

“Forbes USA”in hesablamalarına görə, 2020-ci ildə İlon Mask sərvətini təxminən 11 milyard dollar artırmağa imkan verəcək səhmlər üzrə opsionlar alıb.

Nəticədə etibarilə “Tesla” qurucusu “Paycom”un rəhbəri Çad Riçison və “Life Healthcare”in baş direktoru Amir Den Rubini geridə qoyub. Xatırladaq ki, keçən il Riçison 211 milyon dollar, Rubin isə 199 milyon dollar mükafat alıb.

Xatırladaq ki, 2018-ci ildə Mask əmək haqqı almaqdan imtina edib. Şirkət rəhbəri və onun direktorlar şurası yaxın 10 ildə Maskın əmək haqqı almayacağını, lakin qiymətli kağızların 1%-nə bərabər olan səhm paketi alacağını qəbul edib.

Opsionlar Maska “Tesla” səhmlərini 70.01 dollara almaq hüququnu verir. Qeyd edək ki, hal-hazırda şirkətin səhmləri 680.9 dollar dəyərindədir. “Forbes USA”a görə, keçən ilin sonunda “Tesla” təzminat planında göstərilən dörd şərti yerinə yetirib və bunun sayəsində Mask 13.3 milyard dollar dəyərində səhm opsionları almaq hüququnu qazanıb.

Opsionların reallaşması Maska təxminən 2.36 milyard dollara başa gələcək, buna görə milyarderin sərvəti təxminən 11 milyard dollar artacaq. 2021-ci ildə “Tesla” göstəricilərini yaxşılaşdırmağa davam edib, nəticədə Mask ümumi dəyəri 33.9 milyard dollar olan 50.6 milyon səhm ala biləcək.

Bizi Telegram-da izləyin: t.me/indexaz