Image description

“Access Bank” QSC 2020-ci ili 2,621 milyon manat mənfəətlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 89,704 milyon manat zərərlə çıxmışdı.

İndex.az xəbər verir ki, ötən il “Access Bank”ın gəlirləri 103,77 milyon manat (illik müqayisədə 16,2% az), xərcləri 101,756 milyon manat (7,5% az), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 607 min manat (əvvəlki il ehtiyat yaradıb) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il yanvarın 1-nə “Access Bank”ın aktivləri 855,854 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 4,7% azdır. Bunun 458,775 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə Bankın kredit portfeli 14,5% kiçilib.

Hesabat dövründə “Access Bank”ın öhdəlikləri 5,4% azalaraq 760,03 milyon manata, o cümlədən depozit portfeli 5,1% azalaraq 627,561 milyon manata düşüb, balans kapitalı isə 1,6% artaraq 95,824 milyon manata çatıb.

Xatırladaq ki, "Access Bank" 2002-ci ildə "Azərbaycan Mikromaliyyələşdirmə Bankı" kimi fəaliyyətə başlayıb, 2008-ci ildə reberendinq edib. Onun nizamnamə kapitalı 258,7 milyon manatdır. Bankın səhmdarları Asiya İnkişaf Bankı (19,89%), Avropa İnvestisiya Bankı (17,39%), Beynəlxalq Maliyyə Korporasiyası (16,56%), Hollandiya İnkişaf Bankı (9,41%), Avstriya İnkişaf Bankı (9,17%), SIFEM AG (8,89%), “Responsability Management Company S.A.” (7,11%), “Responsibility SICAV (Lux)” (2,91%), EFSE (2,78%), “Symbiotics SICAV (Lux)” (2,27%), GGF (1,77%), “LFS Advisory GmbH” (1,27%), Qara Dəniz Ticarət və İnkişaf Bankıdır (0,58%).

Report