Image description

“Qərbi Azəri” platformasında bu il aprel ayının 22-də başlanmış 15 günlük planlaşdırılmış profilaktik işlər proqramı təhlükəsiz şəkildə və uğurla başa çatıb.

Bu barədə İndex.az-a platformanın operatoru “BP-Azerbaijan” şirkətindən məlumat verilib.

Bildirilir ki, proqramda nəzərdə tutulmuş bütün işlər - inspeksiya və layihə işləri vaxtından əvvəl – mayın 4-də uğurla tamamlanıb və platformadan hasilat başlanıb.

Məlumatda deyilir ki, hazırda hasilatın tədricən normal səviyyəyə çatdırılması plan üzrə davam edir.

Bizi Telegram-da izləyin: t.me/indexaz