Image description

“Microsoft” şirkətinin təsisçisi və sahibi Bill Geytsin həyat yoldaşı Melinda ondan boşanandan sonra 1,8 milyard ABŞ dolları məbləğində qiymətli kağız alıb.

İndex.az “Bloomberg”-ə istinadən xəbər verir ki, həmin qiymətli kağızlar arasında Kanada Milli Dəmir Yollarının (CN) 1,5 milyard ABŞ dolları məbləğindəki səhmləri, habelə ABŞ-ın “Autonation” avtomobil satışı şirkətində 300 milyon dollarlıq pay var. Bu barədə ABŞ rəsmi qurumları üçün hesabat sənədlərində bildirilir.

“Forbes”-ə görə, Bill Geytsin varidatı 124 milyard dollardır.

Report

Bizi Telegram-da izləyin: t.me/indexaz