Image description

"Qüvvədə olan müddətli əlillik işləri hər hansı yoxlama olmadan, müayinələr aparılmadan avtomatik olaraq 5 il müddətinə uzadılıb. Bu qərar 190 min şəxsi əhatə edib. Bunun da 20-25 mini məhz geridönməz hallarla (əzaların amputasiyası, sağalması mümkün olmayan ağır xəstəliklər və s) bağlı olan müraciətlərdir".

İndex.az xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdul-Qədirov deyib.

O qeyd edib ki, vətəndaş vaxtında sənədində olan müddətə baxsa heç bir problem qeydə alınmaz.

C.Əbdul-Qədirov əlavə edib ki, Bu il üçün hərbi səbəblərlə əlaqəli 9 000 min müraciət daxil olmalıdır. Çünki vaxtında verilən əllilik dərəcəsinin bitmə müddəti bu il üçün başa çatır: "Son üç ildə 7000-dən yuxarı ləğv edilən əlillik təyinatından 266-sı barədə iş prokurorluğa göndərilib. 300-dən yuxarı şikayət isə məhkəməyə göndərilib.

Bizi Telegram-da izləyin: t.me/indexaz