Image description

Bu ilin yanvar-mart aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,2% artaraq 8,8 mlrd manat təşkil edib.

İndex.az bu barədə Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, sənaye məhsulunun 77,6%-i mədənçıxarma, 18,6%-i emal, 3,1%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 84,5% olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 89,9%, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 10,1% təşkil edib.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında bu ilin aprelin 1-nə 340,6 mln manatlıq hazır məhsul ehtiyatı olub.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 84,3 mln manat məbləğində digər məhsullar da mövcud olub.

Bizi Telegram-da izləyin: t.me/indexaz