Image description

Azərbaycanda 2021-ci ilin ilk rübü ərzində tütün məmulatlarının pərakəndə ticarət həcmi kəskin düşüb.

İndex.az bu barədə rəsmi göstəricilərə istinadən xəbər verir.

Məlumata görə, ölkə əhalisi 2021-ci ilin yanvar-aprel ayları ərzində 35 milyon manatlıq tütün məmulatlarının pərakəndə satışı həyata keçirilib.

Bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 21.5 milyon manat, yaxud 38% azalma deməkdir.

Bununla belə, hesabat dövründə 23.57 milyon manatlıq (öncəki il 19.73 mln. manat) araq, 4.83 milyon manatlıq pivə, 2.7 milyon manatlıq şərab (3.42 mln manat), 0.97 milyon manatlıq konyak (1.29 mln manatlıq) , 0.34 mln. manatlıq şampan şərabı (0.4 mln manat) pərakəndə şəkildə ticarət olunub.




©Banker

Bizi Telegram-da izləyin: t.me/indexaz