Image description

Azərbaycanda ipoteka istiqrazlarının emissiya həcmi artıb.

İndex.az xəbər verir ki, bu barədə Bakı Fond Birjası 2021-ci ilin yanvar-aprel aylarına olan statistikasında qeyd edir.

Məlumata görə, Azərbaycan İpoteka və Kredit Zəmanəti Fondu tərəfindən 2021-ci ilin ilk 4 ayı ərzində 76.1 milyon manat həcmində ipoteka istiqrazı emissiya edilib. Bu həcm 128 əqdin hesabına başa gəlib.

Bu da illik müqayisədə 26 milyon manat, yaxud 52% artım deməkdir.

Bizi Telegram-da izləyin: t.me/indexaz