Image description

ABŞ dolları bu il 10-15% devalvasiyaya uğrayacaq.

İndex.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə “Freedom Finance” maliyyə şirkəti bu barədə proqnoz verib. Şirkətin fikrincə, yeni maliyyə naziri Canet Yellenin yürüdəcəyi siyasət buna şərait yaradacaq.

Dolların 2021-ci ildə əsas dünya valyutalarına 10-15% ucuzlaşacağı, rus rublunun isə 7% bahalaşması gözlənilir.

“Yellen dolların devalvasiya olmasına qarşı çıxdığını desə də, böyük büdcə vəsaitlərinin iqtisadiyyata yönəldilməsi ilə onun zəifləməsinə səbəb olur”-deyə proqnozda deyilir.