Image description

Birinci rüb ərzində TAP kəməri ilə Azərbaycan qazının İtaliyaya nəqli iki dəfədən artıq - sutkada orta hesabla 9,5 milyon kubmetrdən 20 milyon kubmetrdən çox artıb.

İndex.az xəbər verir ki, bu barədə İtaliyanın “Snam” qaz nəqli operatoru məlumat verib.

Apreldə LPG terminallarından daxil olan qazın 1,346 milyard kubmetrini istifadə edib, bu da 2020-ci ilin iyul ayından etibarən ən yüksək göstəricidir. Bu barədə “Gas Infrastructure Europe” məlumat verir.

TANAP ilə Azərbaycanın kommersiya qazının Türkiyənin qərb hissəsinə nəqli 2018-ci ilin üçüncü rübündə başlanıb.

“Şahdəniz” yatağından hasil olunan Azərbaycan qazının TAP ilə Avropaya nəqlinə 2020-ci il dekabrın 31-də başlanılıb.

TAP-ın ümumi uzunluğu 878 km təşkil edir, bunun 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniyadan, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliya ərazisindən keçir.

TAP layihəsi “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından hasil edilən 10 milyard kubmetr təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur.Qaz kəmərinin ötürmə qabiliyyəti onun gücünü ildə 20 milyard kubmetrə qədər artırmağa imkan verir.

2021-ci ildə CQD ilə Azərbaycandan Avropaya 5 milyard kubmetrdən çox qaz nəql olunacaq.





©Interfax