Image description

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) ilin ilk 4 ayı üzrə Azəri-Çıraq-Günəşli yatağından gəlirlərinin həcmi kəskin düşüb.

İndex.az bu barədə Azərbaycanın suveren fondunun açıqlamasına istinadən xəbər verir.

Məlumata görə, AÇG-dən gəlirlərin həcmi 2020-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 546 milyon dollar, yaxud 27.5% azalmaqla cəmi 1 milyard 437 milyon ABŞ dolları təşkil edib.

ARDNF-in 2021-ci ilin yanvar-aprel ayında Şahdəniz yatağından qaz və kondensatdan 42.35 mln. dollar gəlir əldə edib. Bu da illik müqayisədə 62% azalma deməkdir.