Image description

“Rabitəbank” ASC İdarə Heyətinə yeni üzv seçilib. 48 yaşlı Samir Rzayev 2 ildən sonra yenidən İdarə Heyətinin üzvü seçilib.

Banker.az-ın məlumatına görə, bu “Rabitəbank”ın Müşahidə Şurasının qərarına əsasən baş tutub. O, həmçinin bankın baş maliyyə inzibatçısdır. S.Rzayev 8 il ərzində bu bankın İdarə Heyəti sədrinin müavini (2009-2017-cı illərdə) kimi çalışıb.

Bankın İdarə Heyətinə Aydın Hüseynov 3 may 2021-ci il tarixindən sədirlik edir. Buna qədər sədr olan Elçin Qədimov isə sədrin 1-ci müavini və Baş risk inzibatçısı kimi fəaliyyət göstərəcək.

Rzayev Samir Tofiq oğlu 12 avqust 1973-cü ildə Bakı şəhərində anadan olub.

1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu fakultəsini bitirib.

Bank karyerasına 1995-ci il tarixindən “Renessans” kommersiya bankında mühasib-əməliyyatçı olaraq başlamış, 1997-1999-cu illərdə isə həmin bankda baş mühasibin müavini olaraq çalışıb.

1999-cu ilin iyun-sentyabr aylarında “Bank of Baku”da Müxbir əlaqələr şöbəsinin rəisi olaraq fəaliyyət göstərib.

2001-2003-cü illərdə “Most Bank Azərbaycan”da Kommersiya əməliyyatları şöbəsinin treyderi, sonradan isə filialın baş mühasibi və Maliyyə departamentinin Mühasibatlıq şöbəsinin baş mühasibin müavini vəzifələrində çalışıb.

2003-2009-ci illərdə “Bank Standard” Maliyyə departamentinin direktor müavini və Biznes proseslər və institusional inkişaf departamentinin direktoru kimi çalışıb.

2009-2017-cı illərdə isə həmin bankın İdarə Heyəti sədrinin müavini kimi fəaliyyət göstərib.

2017- ci ildən hal-hazıradək “Rabitəbank” ASC-nın baş direktoru (Maliyyə və İnfrastruktur üzrə) vəzifəsində çalışırdı.

Banker