Image description

PL/SQL proqramçı

Tələblər:

• Texniki ali təhsil;
• PL/SQL proqramçısı qismində azı 2 illik iş təcrübəsi;
• PL/SQL üzrə yüksək səviyyədə biliklər;
• SQL sorğuların optimallaşdırması üzrə iş təcrübəsi;
• Sistematik düşünmə və yüksək analitika qabiliyyəti;
• Bank işi ilə tanışlıq və avtomatlaşdırılmış bank sistemlərinin proqramlaşdırılması üzrə təcrübə böyük üstünlükdür;
• Agile metodologiyalar ailəsi ilə tanışlıq;
• Proqramlaşdırma komandasında iş təcrübəsi;
• Digər proqramçılar tərəfindən tərtib olunmuş kodlarda işləmək;
• Oracle məlumat bazası və XML texnologiyası ilə iş təcrübəsi arzuolunandır;

Vəzifələr:

• Avtomatlaşdırılmış Bank Sistemlərində (ABS) texniki tapşırıqlar əsasında funksional əlavələrin hazırlanması;
• Sistemdə yeni modul və elementlərin hazırlanması;
• Oracle (PL/SQL) üzərindən proqram təminatlarının funksionallıqlarının hazırlanması və genişləndirilməsi;
• Avtomatlaşdırılmış Bank Sistemlərində (ABS) mövcud funksionallıqların dəstəklənməsi;
• Biznes analitiklərin tələblərinin təhlili, texniki tapşırıqların hazırlanmasında iştirak;
• Fərdi kodların testlərinin aparılması;

E-mail: hr@vtb.az


Backend developer - İnteqrasiya platforması

Tələblər:

• Texniki ali təhsil;
• Proqramlaşdırma dilləri üzrə iş təcrübəsi: Java SE, SQL;
• Məlumat bazaları ilə iş təcrübəsi: Oracle, MSSQL;
• XML, JSON texnologiyalarından praktiki istifadə təcrübəsi;
• SOAP, WSDL, RESTful əsaslı veb servislərin xüsusiyyətləri ilə tanışlıq;
• Git versiyalara nəzarət sistemindən istifadə təcrübəsi;
• Müəssisənin proqram təminatlarının inteqrasiya konsepsiyalarına dair ümumi biliklər - ESB;
• Agile metodologiyalar ailəsi ilə tanışlıq;
• Mürəkkəb proqram təminatlarının işlənib hazırlanması prosesi ilə tanışlıq;
• Texniki sənədləri oxumaq üçün kifayət səviyyədə ingilis dilini bilmək;
• Proqramlaşdırma komandasında iş təcrübəsi, digər proqramçılar tərəfindən tərtib olunmuş kodlarda işləmək;
• Detallara diqqət, məsuliyyətlilik, tapşırıqları sona çatdırmaq qabiliyyəti, müstəqil və komandada işləmə bacarığı;

Vəzifələr:

• İnteqrasiya layihələrində proqramçı qismində fəaliyyət göstərmək;
• Proqram təminatlarının inteqrasiyaları arxitekturasının hazırlanmasında iştirak etmək;
• Bankın rəqəmsal həllərinin hazırlanması və ya təkmilləşdirilməsi;
• Qeyri-funksional tələblərin təmin edilməsi;
• İnteqrasiya həlləri ilə işləmə: yeni funksionallığın hazırlanması və ya genişləndirilməsi, səhvlərin aradan qaldırılması,
• İnteqrasiya layihələrində iştirak edən kənar sistemlərinin proqramçıları ilə qarşılıqlı əlaqə;
• Layihə və texniki sənədlərin hazırlanmasında iştirak;
• Agile komandaları ilə iş: inteqrasiya təkmilləşmələri, proseslərin birgə aparılması;

E-mail: hr@vtb.az


Aparıcı / Baş mütəxəssis

Tələblər:

• magistr dərəcəsi;
• bank sahəsində 1 illik təcrübə;
• aktiv işyönümlü;
• səlahiyyətləri çərçivəsində operativ qaydada qərar qəbul etmək və öz üzərinə məsuliyyət götürmək bacarığı;
• ünsiyyətçil.

Vəzifələri:

• korporativ müştərilərin axtarışı və cəlb edilməsi;
• çarpaz satışların həyata keçirilməsi;
• korporativ müştəri bazasının formalaşdırılması və inkişafı;
• satış kanallarının müəyyən edilməsi, hər bir kanalın inkişafı və effektivliyinin yüksəldilməsini təmin edilməsi;
• potensial müştəriləri cəlb etmək üçün təqdimatların və digər tədbirlərin hazırlanması;
• korporativ müştərilərin sorğu, şikayət və təkliflərinə baxılması və tənzimlənməsi üzrə təbirlərdə iştirak;
• Bankda hesab açma prosedurunu tənzimləyən daxili sənədə uyğun olaraq korporativ müştərilərə bank hesabı açma qaydası barədə məlumatın verilməsi;
• Bankın müvafiq daxili sənədinə uyğun olaraq hesabların açılmasının təşkili və koordinasiyası;
• maliyyə təhlili üçün tələb olunan sənədlərin toplanması üzrə Müştəri ilə işin təşkili;
• kredit-təminat sənədlərinin verilmə tarixləri, Kredit əqdlərinin imzalanma şərtləri və sənədlərin əməliyyat bölməsinə verilməsindən əvvəl icrasına nəzarət edilməsi barədə müştərinin məlumatlandırılması;
• inzibati rəhbərə planlaşdırılmış və icra edilmiş tapşırıqlar barədə gündəlik/həftəlik qaydada hesabat vermək;
• yuxarı Seqmentaltının korporativ biznes məhsulları baxımından əsas rəqiblərinin bazar təhlilinin və monitorinqinin aparılması, mövcud xidmətlər və məhsullarda dəyişikliklərə başlanılması.

Tələblərə uyğun namizədlərdən şəxsi anket formasını hr@vtb.az elektron poçt ünvanına göndərmələri xahiş olunur (CV formaları, mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərilməlidir).