Image description

Bu ilin aprel ayında Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə banklar 36,324 mln. manat həcmində 503 ipoteka krediti verib.

İndex.az-ın İKZF-yə istinadən verdiyi məlumata görə, bu mart ayı ilə müqayisədə 10,1% azdır. Cari ilin yanvar-aprel aylarında isə 132,931 mln. manatlıq ipoteka krediti verilib ki, bu da ötən ilin eyni ayları ilə müqayisədə 2,1 dəfə çoxdur.

Qeyd edək ki, indiyədək İKZF xətti ilə ümumi 1 773 653 844 manat məbləğində 33 375 ipoteka krediti verilib. Zəmanət verilmiş kreditlərin ümumi məbləği 231 270 000 manat təşkil edib, kirayəçilərin istifadəsinə verilən yaşayış sahələrinin sayı isə 774-ə bərabər olub.




©APA

Bizi Telegram-da izləyin: t.me/indexaz