Image description

Bu ilin aprel ayında Azərbaycanın ".az" domenində olan saytların hər 276-sı nəticə etibarı ilə bir uğurlu fişinq hücumu ilə üzləşib.

İndex.az xəbər verir ki, "APA-Economics"in "Netcraft" analitik şirkətinin hesabatı əsasında apardığı hesablamalara görə, ümumilikdə, Azərbaycan saytlarının 135-i fişinq hücumunun qurbanı olub ki, bu rəqəm ümumi qeydiyyatdan keçən saytların 0,36%-nı təşkil edir. Bu göstərici üzrə son aprel ayı ərzində mart ayı ilə müqayisədə 48,5% azalma müşahidə olunub.

Qeyd edək ki, bu günə ".az" domenində 37,3 minə yaxın sayt qeydiyyatdan keçib.

"Netcraft"ın məlumatına görə, Ukraynada hər 26, Rusiyada – 37, Belarusda – 758, Latviyada – 4, Litvada – 76, Estoniyada – 5, Qazaxıstanda – 842, Özbəkistanda – 57, Tacikistanda – 257, Qırğızıstanda – 359, Gürcüstanda – 94, Ermənistanda isə 217 sayta bir uğurlu fişinq hücumu düşür.

Bizi Telegram-da izləyin: t.me/indexaz