Image description

Azərbaycan Mərkəzi Bankının 2020-ci il üzrə 45.52 milyon manat həcmində xalis mənfəəti açıqladı.

İndex.az bu barədə beynəlxalq audit şirkəti KPMG-nin rəyinə istinad edir.

Azərbaycan Mərkəzi Bankının 2020-ci il üzrə faiz gəlirlərinin həcmi 151.88 milyon manat etmiş, faiz xərcləri isə 149.13 milyon manat etmişdir, bu da xalis faiz gəlirlərinin 20.12 mln. manat etməsinə səbəb olub.

Xalis faiz gəlirlərinin 2019-cu ildə 2.59 mln. manat mənfidə bitməsinə rəğçəm bu il müsbətə çevrilməsi səbəbi faiz xərclərinin kəskin azalmasıdır. Belə ki, AMB-nin faiz gəlirlərinin həcmi hesabat ilindən öncəki illə müqayisədə 27% azalmış, faiz xərclərinin həcmi isə 36% azalmışdır.

AMB 2020-ci ildə inzibati xərclərini 77% artırmaqla 96 mln. manata çatdırıb. Requlyatorun digər gəlir və xərcləri fərqindən sonra ümumi mənfəəti 52.45 mln. manat təşkil etmişdir, bu öncəki ildə 60.18 milyon manat idi. Beləliklə, böhranlı 2020-ci ildəki xalis mənfəəti 45.52 mln. manat olmaqla öncəki ildən 35% az olmuşdur.

Mərkəzi Bankın xalis mənfəəti 35% azalıb




©Banker

Bizi Telegram-da izləyin: t.me/indexaz