Image description

Cari ilin mart ayında Gürcüstanda inflyasiya 7,2 faiz olub.

İndex.az xəbər verir ki, fevral ayı ilə müqayisədə qiymətlər 4,2 faiz artıb. Bu barədə Gürcüstan Milli Bankı məlumat yayıb.
Bankın məlumatına görə, inflyasiya və qiymət artımı bir neçə amil ilə əlaqədar olub. Mütəxəssislər hesab edirlər ki, inflyasiyaya ilk növbədə koronovirus pandemiyası səbəbindən iqtisadiyyatda yaranan problemlər səbəb olub.

Ölkədə pandemiya səbəbindən yaranmış böhranın əhaliyə təsirini azaltmaq üçün kommunal xərclər üçün büdcədən subsidiyaların ləğvi, dünya bazarında benzinin qiymətinin artımı və milli valyuta larinin ucuzlaşması da qiymət artımına təsir edən əsas amillərdəndir.

Mart ayında qida məhsullarının qiyməti fevral ayı ilə müqayisədə 5,5 faiz bahalaşıb.




©Azərtac

Bizi Telegram-da izləyin: t.me/indexaz