Image description

Bu ilin birinci rübündə Azərbaycan xarici ölkələrə 21.7 milyon ABŞ dolları dəyərində polietilen ixrac edib ki, bu da ötən ilin birinci rübü ilə müqayisədə 9 milyon ABŞ dolları və ya 70.9 % çoxdur.

İndex.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın aprel sayında bildirilir.

Təkcə mart ayında isə Azərbaycan xarici ölkələrə 6.4 mln ABŞ dolları dəyərində polietilen ixrac edib.

Belə ki, bu, 2020-ci ilin mart ayının göstəricisi ilə müqayisədə 2 milyon ABŞ dolları və ya 45.5% çoxdur.




©Banker

Bizi Telegram-da izləyin: t.me/indexaz