Image description

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “Azəralüminium” MMC 2021-ci ilin birinci rübündə 37 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

İndex.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın aprel sayında bildirilir.

Məlumata görə, “Azəralüminium”un ixrac gəlirləri illik müqayisədə 19.6 milyon ABŞ dolları və yaxud 2 dəfə artıb.

Qeyd edək ki, ötən ilin “Azəralüminium” MMC-nin xarici ölkələrə 17.4 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.



©Banker

Bizi Telegram-da izləyin: t.me/indexaz