Image description

Yaxın zamanlarda sonradan ödənişli (mexaniki) sayğaclara stasionar terminallar vasitəsilə deyil, eyni zamanda mobil telefonlar vasitəsilə də ödəniş etmək mümkün olacaq.

İndex.az xəbər verir ki, "Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib.

O deyib ki, sözügedən mexanizmin tətbiqi üzərində iş gedir.



Ruslan Əliyev onu da əlavə edib ki, mexaniki sayğaclar üzərində "smart" qurğuların quraşdırılması işi daha da genşləndiriləcək.

Onun sözlərinə görə, paralel olaraq sayğacların bir mərkəzdən oxunması prosesi ilə bağlı aparılan işlər də başa çatmaq üzrədir. Qarşıdakı aylarda bu mərkəz də istifadəyə veriləcək.

Bizi Telegram-da izləyin: t.me/indexaz