Image description

Dünyanın ən böyük sosial media platforması Facebook bu ilin ilk rübündə gəlirini və mənfəətini artırırb.

İndex.az xəbər verir ki, Facebook şirkətinin ilk rübdə əldə etdiyi gəlir keçən ilin eyni dövrü ilə müqayisədə 48% artımla 26,2 milyard dollara yüksəlib. Facebook, 2020-ci ilin eyni dövründə 17,7 milyard dollar gəlir əldə etmişdi.

Facebook-un xalis mənfəəti ilk rübdə 94% (təxminən 2 dəfə) artımla 9,5 milyard dollara yüksəlib. Şirkət, 2020-ci ilin yanvar-mart dövründə 4,9 milyard dollar xalis mənfəət əldə etmişdi.

Facebook-un 2020-nin ilk rübündə 1,71 dollar olan bir səhmə düşən mənfəəti də bu ilin eyni dövründə 3,30 dollara yüksəlib.

Facebook-un gündəlik və aylıq aktiv istifadəçi sayında da bu dövrdə artım baş verib. Gündəlik aktiv istifadəçi sayı 8% artaraq 1,88 milyarda çatıb. Sosial media saytının aylıq aktiv istifadəçi sayı da eyni dövrdə 10% artımla 2,85 milyarda yüksəlib.




©Marja

Bizi Telegram-da izləyin: t.me/indexaz