Image description

Bu ilin I rübündə ABŞ-ın texnologiya nəhəngi “Google” şirkəti 17,9 milyard dollar xalis mənfəət əldə edib.

İndex.az xarici mətbuata istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2,6 dəfə çoxdur.

3 ay ərzində şirkətin gəlirləri isə 55,3 milyard dollar olub ki, bu da, illik müqayisədə 34,4% çoxdur.

Beləliklə, "Google" gündəlik 600 milyon dollardan çox gəlir, 200 milyon dollara yaxın isə xalis mənfəət əldə edir.




©Report