Image description

Bu ilin I rübündə Gürcüstandan 86,573 milyon ABŞ dolları dəyərində minik avtomobili təkrar ixrac olunub.

İndex.az xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib.

Hesabat dövründə avtomobillər Gürcüstanın ikinci əsas ixrac məhsulu olub. İllik müqayisədə ixracın həcmi 35,1% azalıb.

Yanvar-martda Azərbaycan qonşu ölkədən avtomobil idxal edən ölkələrin ilk beşliyində I yeri tutub. Gürcüstandan alınan nəqliyyat vasitələrinin sayı 7 193 ədəd, ümumi dəyəri isə 47,823 milyon ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövrünə nisbətdə say 790 ədəd və yaxud 9,9% azalıb.

İlk beşlikdə Azərbaycandan sonra Ukrayna (20,222 milyon dollar), Rusiya (3,542 milyon dollar), Belçika (2,514 milyon dollar) və BƏƏ (1,971 milyon dollar) yer alıb.



©Report

Bizi Telegram-da izləyin: t.me/indexaz