Image description

"2015-ci ildən bəri paytaxtda sərnişindaşıma ilə məşğul olan 968 avtobus yenilənib".

İndex.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin 9BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.

Onun sözlərinə görə, təkcə 2020-ci ildə 119 yeni avtobus alınıb.

"Yenilənmiş avtobusların 724-nü ölkədə Agentlik keçirdiyi tenderlərlə, 244-nü isə özəl daşıyıcılar gətirib. Bu il və gələn il paytaxta daha 320 avtobus gətiriləcək və sərnişindaşımaya cəlb olunacaq. Hazırda Bakıda gündəlik 630 min sərnişin daşınır", - deyə o, əlavə edib.



©Report