Image description

Azərbaycanın sənaye şəhəri Sumqayıtda yeni lizinq şirkəti təsis edilib.

İndex.az xəbər verir ki, bu, “Makro Leasing” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

“Makro Leasing” MMC 2021-ci ilin 27 aprelində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən dövlət qeydiyyatına 100 manat nizamnamə kapitalı ilə alınıb.

Şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Ev Dəri Emalı Zavodu, m. 0-dır. Lizinq şirkətinin qanuni təmsilçisi Səyyah Əkbərov Mikayıl oğludur.

Qeyd edək ki, aprel ayı ərzində bu, yaradılan 3-cü lizinq şirkətidir. Buna qədər ,“NM Lizinq” Məhdud Məsuliyyətli Cəmiyyəti və “GM Lizinq” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdı.



©Banker