Image description

2021-ci ilin 1 aprel tarixinə Azərbaycanda sənaye və istehsalata verilən kreditlərin həcmi 900 milyon manatı ötüb, lakin öncəki illərdə qeydə alınan milyard manatlıq həddə hələ çatmayıb.

Bunu İndex.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Hesabat dövrünə bu sektora verilən kreditlərin həcmi 1.2% artımla 910.7 milyon manat olmuşdur. Qeyd edək ki, 2020-ci ilin əvvəlində sənaye və istehsalat sektoruna verilən kreditin həcmi 1 milyard 241.3 milyon manat idi.

Bu kreditlərin 895.5 milyon manatı özəl sektora verilən kreditlər olmuşdur.

Özəl sektordan isə 189.2 milyon manatı qısamüddətli və 721.6 milyon manatı isə uzunmüddətli kreditlər təşkil edib.

Ümumilikdə isə kreditlərin 487.2 milyon manatı (öncəki ayda: 480.7 mln. manat) milli və 234.4 milyon manatı (öncəki ayda 238.8 mln. manat) ekvivalenti isə xarici valyutada verilən kreditlərdir.

Qeyd edək ki, burada rəqəmlər, bank olmayan kredit təşkilatları istisna olmaqla və vaxtı keçmiş kreditlər daxil olmadan hesablanır.



©Banker