Image description

Bu ilin I rübündə ABŞ elektrikli avtomobil istehsalçısı “Tesla” şirkəti 438 milyon dollar xalis mənfəət əldə edib.

İndex.az xarici mətbuata istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,4 dəfə çoxdur.

Yanvar-mart aylarında "Tesla" qlobal miqyasda 184,8 min avtomobil satışı həyata keçirib və 10,4 milyard dollar gəlir əldə edib. Bu isə 1 il əvvələ nisbətən 76,3% çoxdur.



©Report