Image description

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 22 milyon manatlıq müqavilə bağlayıb.

İndex.az xəbər verir ki, Komitə 5 şirkətlə müqavilə imzalayıb.

“Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu ilə bağlanan müqavilədə Düşmən təcavüzü nəticəsində dağılməş, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacə olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektleri üçün layihə-smeta sənədlərinin işlənməsi və tikinti müddətində müəllif nəzarətinin heyata keçirilməsi işləri nəzərdə tutulur. Müqavilənin dəyəri 1 milyon 162 min manatdır.

“Conco” QSC ilə imzalanan müqavilə Gəncədə dağıdılmış fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin təmir və tikintisini nəzərdə tutur. Müqavilənin dəyəri 4 milyon 895 min manatdır.

“Rabitəinşaat” QSC ilə imzalanan ikinci müqavilənin predmeti Ağdam, Bərdə və Mingəçevirdə dağıdılmış fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin təmir və tikintisidir. Müqavilənin dəyəri – 4 milyon 579 min manatdır.

“Parlaq-N” MMC ilə imzalanan üçnücü müqavilənin şərtlərinə görə, şirkət Ağcabədi, Goranboy, Naftalan və Beyləqanda dağıdılmış fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin təmir və tikintisini öz üzərinə götürür. Müqavilənin dəyəri – 2 milyon 116 min manatdır.

“AZ Graft Construction” MMC və “Real-İnşaat” MMC ilə imzalanan dördüncü və beşinci müqavilələr Füzuli, Cəbrayıl və Tərtər rayonlarında (1-ci hissə) qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin təmir, bərpa və tikintisini nəzərdə tutur. İmzalanmış müqavilələrin məbləği isə müvafiq olaraq 3 milyon 388 min manat və 5 milyon 671 min manatdır.



©Banker

Bizi Telegram-da izləyin: t.me/indexaz