Image description

Bu il aprelin 1-nə Azərbaycan banklarına manatla depozit qoyuluşu 9 mlrd 722,3 mln manat təşkil edib.

İndex.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, martın 1-i ilə müqayisədə 6,6%, ilin əvvəlinə nisbətən 2,1%, ötən il aprelin 1-i ilə müqayisədə isə 23% çoxdur.

Martın sonuna banklara xarici valyuta ilə depozit qoyuluşu isə 8 mlrd 979,6 mln manat olub. Bu da aylıq müqayisədə 0,1% az, ilin əvvəlinə nisbətən 1,1% çox, illik müqayisədə isə 12,6% azdır.