Image description

Bu il aprelin 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 14 mlrd 728 mln manat təşkil edib.

İndex.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, martın 1 ilə müqayisədə 0,7 % çox, ilin əvvəli ilə müqayisədə 1,4 % çox, ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 % azdır.

Kredit qoyuluşunun 11 mlrd 526,6 mln manatı və yaxud 79,3 %-i özəl bankların payına düşüb. Bu illik müqayisədə 8,7 % azdır.

Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu isə 2 mlrd 825,8 mln manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 8,4 % çoxdur. Hesabat dövründə dövlət banklarının kredit qoyuluşundakı xüsusi çəkisi isə 16,7 %-dən 18,3 %-ə qalxıb.

Martın sonuna bank olmayan kredit təşkilatlarının (BOKT) kredi qoyuluşu isə 375,7 mln manat olub. Bu isə illik müqayisədə 7,2 % azdır. İl ərzində BOKT-ların kredit qoyuluşundakı xüsusi çəkisi isə 2,6 %-dən 2,4 %-ə enib.



©Report