Image description

Vakansiya 1

Paşa Həyat Sığorta
Vakansiya haqqında məlumat:

Struktur bölmə: Müstəqil şöbə
Vəzifə: Məsul aktuari
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi): 09:00 – 18:00
Son müraciət tarixi: 10 may 2021

Vəzifə Öhdəlikləri:

• Sığorta tariflərinin hesablanması və iqtisadi əsaslandırılmasının metodologiyasını hazırlaması;
• Qanunla müəyyən edilmiş sığorta siniflərinin təsnifatına müvafiq olaraq sığorta risklərini tədqiq edilməsi və sistemləşdirməsi;
• Aktuar hesablamaların nəticəsi üzrə hazırlanmış aktuari rəyini təsdiqlənməsi;
• Maliyyə sabitliyi və ödəmə qabiliyyəti ilə bağlı sığortaçının gündəlik vəziyyətini nəzarətdə saxlanması;
• Sığorta tariflərinin hesablanmasının təmin edilməsi, müvafiq qaydada modelllərin təkmiləşdirilməsi ilə bağlı rəylərin verilməsi və nəticələrin analizinin aparılması;
• Sığorta məhsulunun xarici sığorta bazarlarında və daxili sığorta bazarında vəziyyətini araşdırılması, müvafiq sığorta məhsullarının hazırlanmasında iştirak edilməsi, yerli bazar şəraitini nəzərə alaraq, hazırlanacaq yeni məhsulun üzləşə biləcəyi risklər barədə rəy bildirilməsi;
• Tələb olunan kapitalın məbləği, məcmu kapitalın məbləği, sığortaçının öz vəsaitinin məbləği, sığorta ehtiyatlarının məbləği, zərərlilik dərəcəsi və sığorta və ya təkrarsığorta müqavilələri üzrə şəxsi tutumun məbləğinin müəyyən edilməsi üçün müvafiq hesablamaların aparılması;
• Şirkətin İFRS və requlyator tərəfindən hazırladığı ehtiyatların adekvatlığını yoxlanılması, metodoloqiya hazırlanması;
• Şəxsi tutum bağlı metodoloqiya hazırlanması və rəyin verilməsi;
• Şirkətin öhdəliklərinə uyğun olaraq risk əsaslı analizlərin aparılması;
• Rəhbərliyə müvafiq hesabatların təqdim olunması.

Namizədə olan tələblər:

İş təcrübəsi: 1 il rəhbər vəzifədə olmaqla minimum 3 il məsul aktuari sahəsi üzrə iş təcrübəsi; Aktuar şəhadətnaməsi; Qanunvericilik üzrə biliklər, sahə üzrə funksional baza bilikləri
Təhsili/ixtisası: İqtisadiyyat/Maliyyə/Beynəlxalq İqtisadi Münasibətlər/Kommersiya/Riyaziyyat/Tətbiqi Riyaziyyat/Statistika sahələri üzrə bakalavr və yə magistratura dərəcəsi
Dil bilikləri: Azərbaycan və İngilis dillərində sərbəst şəkildə yazmaq və danışmaq,Rus dili - orta
Kompüter bilikləri: MS Office - əla
Fərdi keyfiyyət tələbləri: Problemlərin həll edilməsi, Geniş prespektiv, Gəlirlilik, Sahibkarlıq ruhu, Əməkdaşlıq, Dürüstlük, Keyfiyyət

İmtiyazlar:

Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Sahil Plaza, M.Useynov pr., 61
Əlaqə vasitələri: www.pasha-life.az (+994 12) 942

Vakansiya üçün müraciət qaydası: Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Vakansiya 2

189 TAXi Xidmətinə İT administrator tələb olunur

Öhdəliklər:

• Virtuallaşdırma mühitinin fasiləsiz işləmə dəstəyi
• Texniki tapşırıqların, təlimatların və qaydaların yazmaq bacarığı
• Backup və Monitoring sistemlərinin texniki dəstəyi
• Şirkətin İT infrastrukturunun (serverlər, daxili şəbəkənin VLAN) fasiləsiz işləməyinin təmin olunması
• Fərqli ünvanlarda olan ofisləri bir Korparativ şəbəkədə idarə olunması. (İPsec, GRE, OpeVPN, ANyconnect)
• Windows server, Linux əməliyyat sistemlərinin idarə olunması.
• Cisco, Mikrotik, HP, Dell şəbəkə avadanlıqlarla işləmə bacarığı və administrasiyası.
• İp telefoniya sisteminin idarə olunması.
• Sorğuların Jira-da, qeydə alınması , hesabatların hazırlanması.
• Verilənlər bazasının idarə olunması.
• Mail serverin idarə olunması
• İnformasiya təhlükəsizliyinin təmin olunması.

Tələblər:

• OSİ modeli anlayışı, şəbəkə trafikinin analiz etmə bacarığı.
• CİSCO, Mikrotik, HP, Şəbəkə avadanlıqlarının quraşdırma və işləmə bacarığı.(VLAN, LACP, NAT, Routes, Firewall, ACL)
• Virtual platformalarla işləmə bacarığı. CİTRİX, WMVARE
• Linux əməliyyat sistemlərinin idarə olunması.(Proxy, Firewall, VPN server)
• Cloud sistemlərində işləmə bacarığı
• Şəbəkə texnologiyalarının biliyi VPN (IPsec, L2TP, PPTP), QOS, DHCP, DNS, GPO
• Nas serverlərinin idarə olunması
• GSM gatweylərin qurulması.
• İP telefoniya (VoİP) sisteminin idarəedilməsi və yaranan problemlərin aradan qaldırılması
• Rus dilini səlis bilmək vacibdir
• İngilis dili arzuolunandır
• Komandada işləmək bacarığı.

Əmək haqqı – müsahibə nəticəsi əsasında müəyyənləşdirilir

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@taxibaku.az elektron ünvanına göndərsinlər (vəzifənin adını göstərmək şərti ilə).

Tel: 055 203 98 89

Vakansiya 3

Zəfəran Hospital videoqraf vakansiyası elan edir!

Vəzifə öhdəlikləri:

• Şirkətin sosial şəbəkə hesabları üçün foto və video materialların çəkilişini həyata keçirilməsi;
• Cərrahi əməliyyatlarda çəkilişlərin edilməsi;
• Video montajlarının yüksək peşəkarlıqla edilməsi;
• Video materialları, reklam və sosial çarxların montajlanıb hazırlanması;
• Veriləcək qeydlər və materiallar əsasında videoların hazırlanması;
• Verilmiş həftəlik və ya aylıq tapşırıqların vaxtında təhvil verilməsi.

Tələblər:

• Texniki peşə və ya ali (dizayn, vizual kommunikasiya və kinematoqrafiya üzrə təhsil arzuolunandır);
• Qrafik proqramlarında işləmək bacarığı;
• Yenilikləri tədbiq etmək bacarığı;
• Çəkiliş üçün şəxsi avadanlığın olması;
• Müvafiq sahədə 2 il iş təcrübəsi (Səhiyyə üzrə reklam və promo çarxlar hazırlamaq, foto vә videoçәkilişləri aparmaq);
• Məsuliyyətli və yaradıcı olmalı.

Əmək haqqı: 600-700 AZN (Namizədin bilik və təcrübəsinə əsasən individual yanaşma mümkündür)

Göstərilən tələblərə cavab verən namizədlər mövzu hissəsində “Videoqraf” qeyd etməklə CV–lərini cv@zeferan.az elektron ünvanına göndərmələri xahiş olunur.

Vakansiya 4

Facemark.az biznes və marketinq saytı bu sahədə yaza bilən jurnalist (iqtisadiyyat yazarı) axtarışındadır.

Vəzifə öhdəlikləri:

• Saytın bölmələri üzrə gündəlik yenilənməsini təmin etmək;
• Saytın bölmələri üzrə yerli və xarici informasiya mənbələrinin izlənilməsi;
• Biznes sahəsindəki şəxslər ilə müsahibələr hazırlamaq;
• Saytdakı bannerləri yeniləmək, reklam materiallarını vaxtında yerləşdirmək;
• Saytın sosial şəbəkələrdəki səhifəsini idarə etmək;
• Xüsusi araşdırma yazıları hazırlamaq;
• Biznes, marketinq video rubrikası üçün təkliflər, ssenari vermək
• Aylıq hesabat şəklində görülən işlərin təqdimatı

Vəzifə üzrə tələblər:

• Komandada işləmək bacarığı;
• Məsuliyyətlilik, tapşırıqların vaxtında həlli;
• Biznes yönümlü təhsilin olması üstünlükdür;
• Jurnalistika üzrə təhsil alan namizədlər də dəyərləndiriləcəkdir;
• Sosial mediada aktivlik;
• Office proqramları biliyi;
• Azərbaycan dilində səlist yazma qabiliyyəti;
• Xarici dillərdən Rus və İngilis dillərində tərcümə etmə bacarığının olması üstünlükdür;

İş şərtləri:

• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 - 18:00
• İş günü 5 gün (2 həftədən bir şənbə günü yarım gün)
• Əmək haqqı : 500 azn (namizədlərə görə müzakirə edilə bilər)

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 30 aprel 2021-ci il tarixinədək info@facemark.az elektron ünvanına göndərə bilərlər.

Vakansiya 5

Azventure LLC

Junior Marketing Analyst

Azventure LLC is a lead generation company operating in digital marketing with a vision and a mountain of ambition. We strive to generate high-value traffic through innovation and efficient and effective use of the latest technology and agile business strategies. We are a rapidly growing company. We work hard as a team, strive to keep our organizational structure as flat as possible and keep micro-management to an absolute minimum, while simultaneously providing everyone with opportunities to learn and grow from each other. We want everyone to complete projects, not tasks.

We are currently looking for curious and active team members to the “Junior Marketing Analyst” position.

What you need to know and have

● Bachelor degree in Mathematics, Data Analysis, Finance, Economics, Marketing, Business or similar field
● Masters degree in above mentioned fields is a big advantage
● Mathematical/Data analysis, business or technical academic background is a big advantage
● Previous knowledge of Digital Marketing is a big advantage
● Previous internship experience is an advantage
● Proficient user of MS Excel, MS Office skills
● High level of analytical skills and attention to detail
● Minimum university entrance exam score 600 (TQDK) or similar
● A sound command of written and spoken proficiency in English

What You will Get

● Opportunity to work in international start-up environment
● Digital marketing experience from Ex-Googlers
● Opportunity to build a career in digital marketing and become international digital marketing professional
● 5/2 working week, opportunity for professional and career growth
● Become one of the stars of dynamic and agile team

Interested candidates can send their resume to humanresources@azventure.net indicating "Junior Marketing Analyst" in the subject line of message.

Vakansiya 6

“Bizim Market” supermarket şəbəkəsi 2006-cı ildə fəaliyyətə başlamışdır. Qısa zamanda alıcıların rəğbətini qazanan “BizimMarket” supermarket şəbəkəsi ardıcıl olaraq Bakı şəhərinin müxtəlif yerlərində öz filiallarını artıraraq fəaliyyət zolağını genişləndirmişdir. Fəaliyyətə başladığı ilk zamandan “Yüksək Xidmət” və “Sərfəli Qiymət” prinsiplərini əsas hesab edərək indiyədək bu meyarlara öz işində sadiqdir.

Əgər Siz də pozitiv bir komandanın üzvünə çevrilmək istəyirsinizsə, bizə qoşula bilərsiniz.

İnventarlaşdırma üzrə mütəxəssis

Namizədə olan tələblər:

• Dəqiqlik və məsuliyyət;
• Rizayi biliyi və məntiqi təfəkkürü olmalı;
• Pərakəndə sektorunda təcrübəli olmalı;
• Komanda ilə işləmək qabiliyyəti;
• Səbrli və nəzakətli;
• İşgüzar və hədəf yönlü;
• Məsuliyyətli, dürüst;
• Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.

İş haqqında məlumat:

• Anbar sayımına hazırlıq prosesində və sayım prosesinin özündə iştirak etmək;
• Sayım işinin həyata keçirilməsi, oğurluq,mal əskikliyi və bu kimi mənfi halların aşkar olunması.

İş şəraiti:

• 5 günlük iş həftəsi (Əsasən gecə növbəsi);
• Nahar şirkət tərəfindən təmin olunur;
• Əmək haqqı 400 AZN (Net).

Vakansiyaya müraciət üçün CV-ləri “İnventarlaşdırma üzrə mütəxəssis” mövzusu ilə hr@bizimmarket.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Vakansiya 7

“Kredit Evi” QSC: Sumqayıt,Masallı,Ağdaş və Ağcabədi filialları üçün: “Kredit işçisi” vakansiyası elan edir.

Kredit işçisi üçün tələblər

• Yaş həddi: 21-30 yaş
• Təhsil: İqtisadiyyat yönümlü ali təhsil
• İş təcrübəsi: Arzu olunandır
• Dil bilikləri: Azərbaycan dilini yaxşı səviyyədə, Rus dili biliyi arzu olunandır
• Komputer bilikləri: MS Office proqramlarını (xüsusilə Word və Excel) yaxşı səviyyədə bilməlidir.
• Bacarıqlar: Analitik düşünmə qabiliyyəti, təşəbbüskarlık qabiliyyəti, dəqiqlik, komanda da işləmə qabiliyyəti, yüksək ünsiyyət və təqdim etmə qabiliyyəti olmalıdır.

İşin təsviri:

• Aidiyyatı coğrafi ərazidə potensial müştəriləri cəlb etmək, kredit verilişini həyata keçirilməsi üçün birbaşa təbliğat-təşviqat işləri də daxil olmaqla müxtəlif mexanizmlər vasitəsilə potensial müştərilərlə görüşlər keçirmək, onları kredit verilməsi prosesinə cəlb etmək;
• Kredit üçün müraciət etmiş müştərilərin müraciətlərini qəbul etmək, təhlil etmək və rəsmiləşdirmək. Geri ödənişlərin normal axınını təmin etmək;
• Əmək funksiyaları çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra edir.

Tələblərə cavab verən şəxslər şəkilli cvlərini (şəkilli cv mütləqdi) hr@kreditevi.azelektron ünvanına göndərə bilərlər.

Müsabiqənin növbəti mərhələlərinə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Filialın adı- Kredit işçisi). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

Vakansiya 8

Qala Group MMC

Təchizatçı tikinti sahasində

Vəzifələr:

- Satınalma prossesini vaxtında, prosedur və prosseslərə uyğun olaraq icra etmək;
- Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
- Açılmış sifariş formalarının analizi;
- Satınalma sorğularına nəzarət, yoxlanılması və hesabatlarının hazırlanması;
- Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;
- Tender/sorğularının hazırlanması və qiymətləndirilməsi, əsaslar və tələb olunan sənədlərə istinadən məhsul və xidmətlərin seçim prossesinin yekunlaşdırılması;
- Satınalma prossesinin ən əlverişli şərtlərlə həyata keçirmək;
- Hesabatların hazırlanması və analizi, satınalma sorğularının hazırlanması, təchizatçıların analizi və digər prosseslərin effektiv idarəolunması;
- Təchizatçıların seçimi və qiymətləndirilməsi;
- Ödəniş sorğularını həyata keçirmək, ödənişlərə nəzarət etmək;
- Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması.

Tələblər:

- Təchizat sahəsində ən az 3 il iş təcrübəsi
- 30-40 yaş
- Təchizat və satınalma prossesləri və ümumi prinsiplərini anlamaq
- Təchizatın planlaşdırılması və təchizatçıların performansının qiymətləndirilməsi bacarığı
- Danışıqların aparılması bacarığı, təchizatçıların arasında düzgün seçim etmək bacarığı
- Bazarı təhlil etmək bacarığı
- Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparma bacarığı
- Satınalma müqavilələrin tərtibatı haqda ümumi anlayış
- Dil bilikləri: Azərbaycan və Rus dilləri - mükəmməl səviyyədə, Ingilis dili arzuolunandır
- MS Office proqramları
- Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları
- Yüksək kommunikasiya və biznes ünsiyyət bacarığları
- Stressə davamlılıq

İş şəraiti:

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.
- Həftədə 6 iş günü.

Xahiş olunur ancaq vakansiya üzrə təcrübəsi olan namizədlər işə müraciət üçün şəkilli cv-lərini elan olunmuş vakansiya başlığı altında "hr@qalagroup.az" elektron ünvanına göndərsinlər.

Vakansiya 9

JW Marriott Absheron Baku

“Elektrik Nəzarətçisi” İş Təsviri

Bina və ərazilərin fiziki strukturlarının saxlanılması və təmiri ilə məşğul olan işçilərin kiçik layihələrini koordinasiya etmək. Elektrik sistemləri, Enerji İdarəetmə Sistemləri (EMS), təhlükəsizlik sistemləri və digər tikinti komponentlərinin quraşdırılması, təmiri və saxlanılması ilə məşğul olan işçilərin fəaliyyətlərini əlaqələndirmək. Profilaktik təmir, təmir və / və ya dəyişdirmə prosedurları zamanı müvafiq xidmət təlimatlarının, texniki təlimatların və planların mövcud və istifadə olunduğundan əmin olmaq. Bundan əlavə, növbə və ya şöbənin işinə nəzarət etmək üçün ümumi məsuliyyət daşımaq. Tabeçiliyində olanlara rəhbərlik etmək. Menecerlərə, həmkarlarına, tabeliyində olanlara və digər şöbələrə məlumat vermək. Texniki şöbə mənbəyi kimi fəaliyyət göstərmək və vəzifədə olanlara və yeni işə qəbul olunanlara təlim vermək. Nəzarətçinin vəzifələrinin həcmi şöbənin ölçüsündən asılı ola bilər.

ÜSTÜNLÜK VERİLƏN KEYFİYYƏTLƏR

- Təhsil Orta təhsil attestatı, texniki və ya peşə məktəbi təhsili
- Əlaqədar iş təcrübəsi Beş illik əlaqəli iş təcrübəsi
- Nəzarətçi təcrübəsi Nəzarətçi təcrübəsinə üstünlük verilir

Müraciət etmək üçün

1. Marriott’un Karyera Saytına qoşulun: www.careers.marriott.com
2. “Find Jobs at Marriott International” seçin
3. Locations hissəsində – Baku, Azerbaijan seçin ‘Search for Jobs‘ klikləyin
4. Seçdiyiniz yerin altında “Electrical Supervisor” vəzifəsini təsvir edən linki seçin.
5. Xahiş olunur vəzifəyə daxil olun və müraciət edin.

Ərizənin linki: https://jobs.marriott.com/jobs/21038772?lang=en-us#.YIKBXH9yONs

Vakansiya 10

Paşa Həyat

Vakansiya haqqında məlumat:

Struktur bölmə: Maliyyə departamenti, İnzibati işlər şöbəsi
Vəzifə: İnzibati işlər şöbəsinin mütəxəssisi
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi): 09:00 – 18:00
Son müraciət tarixi: 09.05.2021

Vəzifə Öhdəlikləri:

1. Binanın təhlükəsizliyi üzrə məsul şəxs
2. Təhlükəsizlik üzrə təlimatların yazılması və icrasına nəzarət
3. Outsource təhlükəsizlik üzrə 8 nəfərlik komandanən işinə nəzarət
4. Yanğın və təhlükəsizlik panelinin - sisteminin saz vəziyyətdə olmasına nəzarət, problemlərin aradan qaldırılması
5. Dövlət Mühafizə Xidmətinin - Mühafizə polisi və postunun fəaliyyətinə nəzarət və təşkili
6. Əsas vəsaitlərin binadan çıxarılmasına nəzarət, təlimat

Namizədə olan tələblər:

İş təcrübəsi: Təhlükəsizlik sahə üzrə ən azı 1 il iş təcrübəsi tələb olunur.
Təhsili/ixtisası: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi
Dil bilikləri: Azərbaycan dili - əla
Üstünlüklər: Rus dili – orta, İngilis dili – orta
Kompüter bilikləri: MS Office - orta
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlül

İmtiyazlar:

Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Sahil Plaza, M.Useynov pr., 61
Əlaqə vasitələri: www.pasha-life.az (+994 12) 942

Vakansiya üçün müraciət qaydası: Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Vakansiya 11

2017-ci ildən qapılarını müştərilərə açan “Prive Steak Gallery Baku” ləzzətli ət məhsulları,qüsursuz servisi və lüks butik konsepti ilə sektorda öz fərqliliyini ortaya qoyub.Ət sevərlər üçün bənzərsiz dad təcrübəsi yaşadan restoran qısa zaman ərzində fərqli və əyləncəli steyk mədəniyyəti ilə həm Bakı sakinlərinin, həm də şəhərimizin qonaqlarının ürəyini və mədəsini fəth edə bilib.Xoş musiqi, nəfis təam, modern interyer. Bizim üçün bunların vəhdətindən meydana gələn xoş anlardır.

MİSSİYAMIZ

Hər zaman ağzınıza layiq təmiz , təzə və ləzzətli nemətləri ərsəyə gətirmək üçün xüsusi diqqətlə məhsulları seçmək , ən üst standartlarda müştəriyə xidmət göstərərək onlara dost olmaq və həyatlarının ən özəl anlarına rəng və ləzzət qatmaq üçün varıq !

VİZYONUMUZ

Hər zaman bizim üçün prioritet olan müştəri məmnuniyyətini zirvədə saxlayan keyfiyyətli xidmət prinsipimizi qoruyaraq gülərüzlü , qonaqpərvər komandamızla damağınızın həsrətində olduğu mükəmməl ləzzətləri təqdim edərək müştərilərimizin davamlı tövsiyə və ziyarət etdiyi , mərkəzdə ilk ağla gələn ailəvi istirahət restoranı olmaq !

Vakansiya: Qəssab (Steyk qəssabı)
İş yeri: Prive Steak Gallery
Ünvan: Səbail Rayonu Xaqani Küçəsi 14/A
İş qrafiki - həftədə 6 gün
Əmək haqqı- razılaşma yolu ilə

Namizədə olan tələblər:

- Müvafiq sahədə minimum 3-5 il iş təcrübəsi;
- Xoş görünüş, ünsiyyət, gülərüzlük , operativlik, kollektivlə işləmək bacarığı, diqqət, məsuliyyət kimi müsbət göstəricilər. Steyk ətlərini yüksək səviyyədə hazırlamağı bacarmalıdır.

Vəzifə öhdəlikləri:

- Steyk ətlərinin hazırlanması;
- Lazım olan ət məhsullarının hazırlanması və tənzimlənməsi;
- Ət məhsullarının ilkin doğrama prosesinin icra edilməsi (tikələrin sümüklərdən ayrılması, tikələnməsi və s.);
- Ət məhsullarının istehsal üçün qruplaşdırılması;
- Lazım olan ət məhsullarının hazırlanması və tənzimlənməsi;
- Natamam məhsulların hazırlanması və tənzimlənməsi

Maraqlanan namizədlər cv-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə hr@privebaku.com
email ünvanına göndərə və ya 051-225-69-81 nömrəsi ilə əlaqə saxlaya bilər.

Vakansiya 12

Avropa Azərbaycan Məktəbi - Psixoloq

Vəzifənin adı: Psixoloq
Tabeçiliyi: Tədris hissə müdiri, direktor

İşin təsviri:

• Məktəbin psixoloji xidmət üzrə ehtiyaclarını qiymətləndirmək, müvafiq tövsiyələr və strategiyalar hazırlamaq;
• Davranış problemi, öyrənmə çətinliyi olan şagirdlərlə qrup və ya fərdi halda işləmək;
• Davranış problemli şagirdləri olan müəllimlərlə yaxından işləyərək, həmin müəllimlərin bu problemlərin öhdəsindən gəlmək üçün peşəkarlığının artırılmasına kömək etmək, ehtiyac olduğunda, müvafiq təlimlər təşkil etmək;
• Məktəbə yeni başlayan şagirdlərin məktəbə alışmasına köməklik göstərmək;
• Məktəbin psixoloji xidmətinin fəaliyyətinə dair Məktəb rəhbərliyinə rüblük, yarımillik və illik yazılı hesabatlar vermək;
• Davranış problemi, öyrənmə çətinliyi olan şagirdlərin valideynləri ilə yaxından işləyərək, onları işin gedişi ilə vaxtaşırı məlumatlandırmaq.

Tələblər:

• Məktəb psixologiyası üzrə ali təhsil. Xaricdə təhsil alanlara üstünlük veriləcək.
• Azı üç illik psixoloq kimi orta məktəbdə iş təcrübəsi.
• Üstünlük bu sahədə beynəlxalq təcrübəyə malik olan namizədlərə veriləcək.
• MS Office proqramlarından və internetdən istifadə bacarığı.
• Azərbaycan dili ana dili olmaqla, ingilis dilində sərbəst danışma (C1 və ya İELTS 7 bal və üstü).

Namizədlərdən tələb olunan əlavə keyfiyyətlər:

• Psixoloji prinsip və metodların təhsil proqramına tətbiqi bacarığı;
• Məktəb yaşlı uşaqlarla işləmə bacarığı;
• Komandada işləmə, şəxsiyyətlərarası münasibətlərin qurulması və məxfiliyin saxlanması bacarığı;
• Başqalarına fikrini aydın çatdırmaq məqsədilə, yazılı və şifahi ünsiyyət bacarığı;
• Qərar qəbul etmə və problem həll etmə bacarığı;
• Təşəbbüskarlıq və yeni ideyalar verə bilmə bacarığı;
• Təşkilati, idarəetmə və planlaşdırma bacarığı;
• Qoyulan vaxta əməl etmə, verilən tapşırıqları vaxtında yerinə yetirmə bacarığı;
• Müxtəlif millətlərin nümayəndələri ilə işləmək bacarığı;
• Öz inkişafı üçün bilik və bacarıqlarının daim artırılmasına cəhd göstərmə.

ƏRİZƏLƏRİN QƏBUL QAYDASI

Maraqlanan şəxslər niyyət məktubu ilə təhsil və təcrübəsini əks etdirən CV-ni hr@eas.az elektron ünvanına göndərməlidir. CV-ni göndərərkən elektron poçt ünvanının mövzu hissəsində sənədlərin hansı vəzifə üzrə verildiyi qeyd edilməlidir. Mövzusuz müraciətlərə baxılmayacaq. Müsabiqəyə yalnız yuxarıdakı meyarlara uyğun gələn namizədlər dəvət olunacaq.

Sənədlərin təqdim edilməsinin son tarixi 30 aprel 2021-ci ildir.

Vakansiya 13

Netbet MMC “Ofis Meneceri” vəzifəsi üzrə vakansiya elan edir.

İşin təsviri:

• Rəhbərliyin verdiyi tapşırıqları vaxtında və düzgün yerinə yetirmək;
• Müəssisəyə daxil olan və çıxan sənədlərin qəbulu, qeydiyyatı və aidiyyatı şəxslərə, şöbələrə çatdırılması;
• Kənar təşkilatlara, müəssisələrə göndərilən məktubların və iclasların protokollarının tərtib olunması;
• Daxil olan telefon zənglərinin cavablandırılması və aidiyyatı şəxslərə yönləndirilməsi;
• Ofis texnikası ilə işləmək;
• Qonaqları qarşılamaq, çay, kofe və s. təklif etmək;

Namizədə olan tələblər:

• Ali təhsil;
• Ciddi, məsuliyyətli və verilən tapşırıqları vaxtında yerinə yetirmək bacarığı olmalı;
• Ən az 1 il iş təcrubəsi;
• MS Office proqramları biliyi;
• Azərbaycan dili-səlis, rus və ingilis dilləri-yaxşı səviyyədə;
• Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
• Kollektivlə işləmə bacarığı;
• Yalnız xanım namizəd;

Maraqlanan namizədlərdən CV-lərini recruitment@etopaz.az e-poçt ünvanına “Ofis Menecer” başlığı ilə göndərmələri xahiş olunur.

Vakansiya 14

Heading: Junior HR/OQS Specialist

EKVITA is currently looking for junior human resources/occupational and qualification standards specialists for conducting of job analysis and preparation of the national occupational and qualification standarts.

Duties and Responsibilities:

1. Conducting of Job analysis.
2. Preparing draft version of the national occupational and qualification standards in various sectors of the economy
3. Collecting information and input from the experts and jobholders regarding the required knowledge and skills of the labour force
4. Researching jobs and occupations in international level
5. Adapting the prepared draft versions of the national occupational and qualification standards to the relevant international standards (ISCO 08, etc.)
6. Determining the knowledge and skills of the current labour force in the economy
7. Performing other related duties daily assigned by the employer

Required qualifications:

1. Bachelor’s degree or higher (preferably in human resource management, management, business administration, project management, public administration)
2. Ability to use Azerbaijani language in professional level and adhere to the official language norms (phonetic norms, lexical rules, grammar)
3. Fluency in English and at least one other language (Russian, Turkish, etc.)
4. Ability to use Microsoft Word, Microsoft Powerpoint and Microsoft Excel effectively
5. Strong persuasion and presentation skills
6. Strong verbal and written communication skills
7. Effective teamwork skills
8. Time management skills, ability to plan his/her time effectively and adhere to the tight deadlines

Interested candidates are kindly asked to submit their CVs under the subject “Junior HR/OQS Specialist” to hr@ekvita.com.

Vakansiya 15

Katiqoriya meneceri

Şirkət: CRM Trade
Əmək haqqı: Müsahibə əsasında
Staj: 1 il
Yaş həddi: 21—35yaş
İş rejimi: Tam iş günü (5 gün)
Müqavilə: Əmək müqaviləsi

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

• Şirkətin satış planın formalaşdırılmasında iştirak etmək
• Öz illik satış planını hazırlamaq, şirkətin Direktoru tərəfindən təsdiqlənməsini təmin etmək
• Bazar və müştəri barəsində araşdırma və analizlər etmək
• Müştəriyə uyğun yanaşma tərzlərini müəyyən edərək, müştəri axtarışında iştirak etmək
• Kateqoriyası ilə bağlı marketinq fəaliyyətini planlamaq, icrasını təmin etmək və izləmək
• Alınmış malların satışının artırılması üçün reklam fəaliyyətlərini icra etmək, virtual materialların dizayner vasitəsilə hazırlanaraq müştəri kütləsinə elan edilməsini təmin etmək.
• Məhsul ehtiyatının (stok) planlanmasını aşağıdakı formada icra etmək:
• İl ərzində satılmış malların siyahısını 1C proqramından çıxarmaq və analiz etmək
• ən çox satılan malların siyahısını hazırlamaq
• Tələb olunan malların tədarükünü Satınalma şöbəsi vasitəsilə təmin etmək
• Tədarükçülərlə, satınalmanın işirakı olmaq şərtilə, məhsulun xüsusiyyətləri barəsində razılaşma etmək
• Təchizatçı şirkət siyahsının və stokun, iclas keçirilərək təsdiq edilməsini təmin etmək

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

Təcrübə və Texniki bacarıqlar:
• Bazar araşdırması və analizi texnikaları
• Satış texnikaları baradə biliklər
• Xarici dil bilikləri: İngilis və ya Rus dilini B2 səviyyədə bilmək
• Texnolojik məlumatlılıq
• Planlama qabiliyyəti (tələbin, stokun planlanması)

Emosional bacarıqlar və vərdişlər:
• Detallara diqqətli olma
• Müzakirə və inandırma qabiliyyəti
• Kritik düşünmə və təhlil
• Problemlərə həll edici yanaşma
• Yeniliyə açıqlıq

Bitmə tarixi:30.04.2021

Maraqlanan şəxslərdən "Kateqoriya Meneceri" başlığı altında cv-lərini samira1hr.dep@gmail.com elektron ünvanına göndərməsi xahiş olunur.

Bizi Telegram-da izləyin: t.me/indexaz