Image description

“Günay Bank” ASC 2021-ci ilin ilk rübü üzrə maliyyə nəticələrini açıqlayarkən məlum olur ki, bankın fiziki şəxslərin depozit portfelləri artdığı halda hüquqi şəxslərin vəsaitləri geri çəkilib.

İndex.az bildirir ki, bankın depozit portfelinin həcmi 1 aprel 2021-ci il tarixinə 101.81 milyon manata qədər artıb. Bu ilin əvvəli ilə müqayisədə 7.7% artım dinamikasıdır.

Bankın depozitlərinin bölgüsündəki dinamika isə fərqli istiqamətlərdə dəyişir. Məsələn, fiziki şəxslərin depozitlərinin həcmi ilin birinci rübü ərzində 68.89 milyon manatdan 90.09 milyon manata yüksəldiyi halda hüquqi şəxslərin depozitlərinin həcmi 25.6 milyon manatdan 11.72 milyon manata yuvarlanıb.

Yəni fiziki şəxslərdən cəlb edilən depozitlərinin həcmini 30% artdığı halda hüquqi şəxslərdən (şirkətlər) cəlb edilən depozitlərin həcminin 54%-i geri çəkilib.

Hazırda bankın aktivlərinin həcmi 250.67 milyon manat olmaqla, bunun 191.3 milyon manatı müştərilərə verilmiş kreditlər, 15.5 milyon manatı əmlak, 25.22 milyon manatı isə nağd vəsaitlər olmuşdur.

Bankın öhdəliklərinin həcmi isə 184.74 milyon manat təşkil edir.


©Banker