Image description

Bank of Baku” ASC 2021-ci ilin ilk rübünü 4 milyon 110 min manat xalis mənfəət ilə başa vurub. Bank 2020-ci ilin ilk rübün 1 milyon 968 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, Bankın xalis mənfəəti 2,1 dəfə artıb.

GƏLİRLƏRİ ARTIB

İndex.az xəbər verir ki, 2021-ci ilin yanvar-mart dövründə (ilk rüb) “Bank of Baku”nun cəmi əməliyyat gəlirləri 17 milyon 358 min manat (ötən ilin ilk rübündə 16 milyon 109 min manat), cəmi əməliyyat xərcləri 13 milyon 174 min manat (ötən ilin ilk rübündə 13 milyon 110 min manat ) təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 4 milyon 184 min manat əməliyyat mənfəəti yaranıb (ötən il 2 milyon 999 min manat). Eyni zamanda, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş 715 min manat mənfəətə əlavə edilib (ötən il 81 min manat ehtiyata ayrılmışdı) və mənfəət 4 milyon 899 min manata yüksəlib. “Bank of Baku” ilk rübdə 790 min manat mənfəət vergisi ödədiyindən 4 milyon 110 min manat xalis mənfəət əldə edib (ötən ilin ilk rübündə 1 milyon 968 min manat).

BANK BÖYÜYÜB MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB

31 Mart 2021-ci il tarixində “Bank of Baku” 432 milyon 231 min manat cəmi aktivlərə malik olub, o cümlədən aktivlərin 355 milyon 393 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Bank ötən ilin sonunda 409 milyon 563 min manat cəmi aktivlərə, o cümlədən 337 min 946 min manat müştərilərə verilmiş kreditlərə mailk idi.


©Marja