Image description

Bu ilin aprel ayının əvvəlinə olan məlumata görə Azərbaycanda fəaliyyət göstərən 26 bankda 18 min 767 nəfər işçi çalışır.

İndex.az-ın açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bank işçilərinin sayı 5,4% və ya 1079 nəfər azalıb. Azalmanın əsas səbəbi son bir ildə Azərbaycanda 4 bankın fəaliyyətini dayandırması olub.

Onu da bildirək ki, son bir ildə dövlət banklarının sayı dəyişmız qalıb. Ötən ilin aprel ayının əvvəlində olduğu kimi, bu ilin aprel ayının əvvəlində də ölkədə 2 dövlət bankı olub. Özəl bankların sayı isə 28-dən 24-ə düşüb. Özəl bankların arasında xarici kapitallı bankların sayı isə 14-dən 12-yə düşüb.
Hesabat dövrü ərzində bank filiallarının sayı 506-dan 458-ə, bank şöbələrinin sayı 126-dan 105-ə düşüb.

Onu da bildirək ki, bankların sayı azalsa da onlara məxsus ATM-lərinin sayı son bir ildə 2 min 677-dən 2 min 763-ə yüksəlib.


©Yeniavaz

Bizi Telegram-da izləyin: t.me/indexaz