Image description

“Turan Bank” ASC bu ilin I rübünü 105 min manat mənfəətlə başa vurub.

İndex.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 83,7% və yaxud 6,1 dəfə azdır.

Yanvar-mart aylarında “Turan Bank”ın gəlirləri 10,339 milyon manat (illik müqayisədə 0,9% çox), xərcləri 10,223 milyon manat (5,9% çox), xüsusi ehtiyatlara ayırmaları 11 min manat (1 il bundan əvvəl qənaət edib) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il aprelin 1-nə “Turan Bank”ın aktivləri 597,689 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 16,3% çoxdur. Bunun 350,272 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə bankın kredit portfeli 3,1% böyüyüb.

Hesabat dövründə “Turan Bank”ın öhdəlikləri 17,9% artaraq 517,05 milyon manata, o cümlədən depozit portfeli 21,6% arataraq 311,107 milyon manata, balans kapitalı 6,9% artaraq 80,638 milyon manata, o cümlədən nizamnamə kapitalı 7,1% artaraq 75,005 milyon manata çatıb.

Xatırladaq ki, “Turan Bank” 1992-ci ildə yaradılıb. Bankın səhmlərinin 55,3%-i 20 fiziki şəxsə, 44,7%-i isə 8 hüquqi şəxsə məxsusdur.
Report