Image description

Bankların Mərkəzi Bank qarşısında öhdəlikləri azalıb.

İndex.az xəbər verir ki, Mərkəzi Bankın aylıq hesabatına görə, fevral ayının sonunda 373.6 milyon manat təşkil etmiş tələblər, mart ayının sonunda 371.4 milyon manata düşüb. 2021-ci ilin fevral ayı ilə müqayisədə martda tələblər 2.2 milyon manat azalıb.

Ötən ilin mart ayının sonunda mərkəzi Bankın banklara qarşı tələbləri 350.7 milyon manat təşkil edib ki, bu ilin mart ayı ilə müqayisə tələblər 1 ildə 20.7 milyon manat artıb.