Image description

2021-ci ilin yanvar-mart dövründə Azərbaycanda nağdsız ödəniş əməliyyatlarının məbləği 2 milyard 1 milyon manat təşkil edib.


İndex.az Mərkəzi Banka istinadən xəbər verir ki, nağdsız ödənişlərin məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 662 milyon manat və ya 49,4% artıb. 2020-ci ilin yanvar-mart dövründə Azərbaycanda nağdsız ödəniş əməliyyatlarının məbləği 1 milyard 339 milyon manat təşkil etmişdi.

2021-ci ilin ilk rübündə nağdsız ödənişlər ATM-lər vasitəsilə 116 milyon manat, POS-terminallar vasitəsilə 813 milyon manat, elektron ticarət vasitəsilə 1 milyard 72 milyon manat təşkil edib. Ötən ilin eyni dövründə əməliyyatlar müvafiq olaraq 59 milyon manat, 438 milyon manat və 842 milyon manat təşkil etmişdi.

Bizi Telegram-da izləyin: t.me/indexaz