Image description

Yaponiyanın sənaye qrupu Toshiba Corporation, İngiltərənin özəl sərmayə şirkəti CVC Capital Partners-in 20 milyard dollarlıq satınalma təklifini rədd edib.

İndex.az Tosnhiba-nın yaydığı açıqlamaya istinadən xəbər verir ki, CVC-in satınalma təklifinin həqiqətən qiymətləndiriləcək qədər "xüsusi" olmadığı qeyd edilib. CVC, Yapon şirkətini satın alıb birjadan çıxararaq özəl bir şirkətə çevirməyi planlaşdırırdı.

Toshiba, yeni növ koronavirus (Kovid-19) pandemiyasının səbəb olduğu qlobal iqtisadi böhrandan mənfi görüb. Toshiba-nın portfelində atom stansiya və müdafiə sənayesi layihələrinin olmasına görə Yaponiya hökumətinin də satışa razılıq verməsi lazım idi.

Bizi Telegram-da izləyin: t.me/indexaz