Image description

Polşanın keçmiş prezidenti, Nobel Sülh Mükafatı sahibi Lex Valensa internetdə özünə iş axtardığını bildirib.

İHA xəbər verir ki, Lex Valensa təqaüdünün 6 min zloti (2 min manat) olduğunu və bunun kifayət etmədiyini bildirib. Valesa bu səbəblə 50 yaşdan yuxarı iş axtaranların olduğu internet saytına elan verib. Özünü təcrübəli lider, natiq, Nobel Sülh Mükafatı sahibi kimi tanıdan keçmiş prezident 20 min zloti (9 min manat) maaş istədiyini bildirib:

“Ailəvi yığıncaqlarda qonaqlara bir yerdə iştirak edə, şəkil çəkdirə, imza verə bilərəm. Dövlət başçıları, krallarla bir yerdə olmuşam. Polşa firmaları ilə təcrübəmi sevə-sevə bölüşə bilərəm”.

Valeтsa 1-2 saatlıq görüş üçün 20 min zloti istədiyini və təklifləri gözlədiyini bildirib.

Qeyd edək ki, Lex Valesa 1990-1995-ci illərdə Polşanın prezidenti vəzifəsini icra edib. //Yeniavaz.com

Bizi Telegram-da izləyin: t.me/indexaz