Image description

“Rabitəbank” ASC-nin səhmdarı bankın rəhbərliyində vəzifə aldı.

İndex.az xəbər verir ki, Müşahidə Şurasının yeni üzvünün adı Rauf Əliyev Zeynal oğludur.

R.Əliyev artıq “Rabitəbank”ın ən böyük səhmdarıdır. O, bu bankın 101.3 milyon manatlıq səhm kapitalının 40.6%-nə sahibdir. O, həmçinin “Meqa Sığorta”nın 23 milyon manatlıq səhm kapitalının 19%-inə sahibdir.

R.Əliyev Müşahidə Şurasına üzv kimi seçilməsi ardından, ötən ildən bankın Müşahidə Şurasına üzv gələn (müavin) Aydın Hüseynov isə bu vəzifəni tərk edib. Beləliklə, hazırda Müşahidə Şurasının bir sədri – Zakir Nuriyev ( bankın səhmlərinin 11.48%-nə sahibdir) və iki üzvdən ibarətdir.

“Rabitəbank”dan verilən məlumata görə Müşahidə Şurasının tərkibinin dəyişməsi korporativ idarəetmə sistemlərinin təkmilləşdirilməsi istiqamətində görülən kompleks tədbirlərdən biridir.

“Rabitəbank” 1993-cü ildə yaradılmış bir bankdır. Bankın səhmlərinin 40.6%-i Rauf Əliyev, 30.00% – Validə Abbasova, 11.48%-i Zakir Nuriyev, 9.11%-i Dilarə Nuriyeva, 7.60%-i Seyran Nuriyev, 1.07%-i Aslan Xasiyev və 0.14% – 12 hüquqi şəxslərə məxsusdur.




©Banker