Image description

“Coinbase”in baş direktoru Brayan Armstronq “Nasdaq” birjasında ticarətin ilk günündə 749 999 səhm satıb.

İndex.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Xatırladaq ki, dünyanın ən böyük kriptobirjası “Coinbase” 14 apreldə fond bazarına çıxdığını açıqlayıb.

Brayan özü qiymətli kağızları hər biri 381-401 dollar arasında dəyişən qiymətə satıb. Qeyd edək ki, əməliyyatın ümumi məbləği 291.8 milyon dollar təşkil edib.

Kriptoşirkətin nümayəndələri mediadan alınan məlumatları şərh etməkdən imtina ediblər.

Jurnalistlər sərmayəçilərdən biri olan Frederik Uilsonun 4.7 milyon səhm sataraq 1.82 milyard dollar qazandığını öyrəniblər. Lakin onun “Coinbase” şirkətində sahib olduğu payın həcmi məlum deyil.

Digər investor Mark Andreessen 11.8 milyon səhm sataraq 498.2 milyon dollar qazanıb. Kriptoşirkətin kapitallaşması təxminən 63.6 milyard dollar təşkil edir.

Xatırladaq ki, IPO ərəfəsində “Coinbase” rəhbərliyi 2021-ci ilin birinci rübünün maliyyə hesabatlarını açıqlayıb və şirkətin üç aydakı ümumi gəlirinin 1.8 milyard dollar olduğunu bildirib.



©Banker

Bizi Telegram-da izləyin: t.me/indexaz