Image description

Dövlət Gömrük Komitəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

İndex.az xəbər verir ki, Gömrük Komitəsinin “Xidməti axtarış itlərinə sərf olunacaq quru it yemlərinin satınalınması” məqsədilə keçirdiyi tenderin qalibi “Univesal-RA” MMC olub.

Komitə 16 min 653 kiloqram it yemi almaq üçün 82 min 532 manat 27 qəpik pul xərcləyəcək. Rəqəmlərdən də göründüyü kimi quru it yeminin 1 kiloqramının qiyməti 4 manat 95 qəpik təşkil edir.

Məlumat üçün bildirək ki, Gömrük Komitəsinə 82 min 532 manat dəyərində it yemi satacaq “Univesal-RA” MMC 24.12.2007-ci il tarixində dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Abbasov Rəşad Bəhlul oğlu olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Yeni Yasamal 1, ev 6, m 174-də yerləşir.
Onu da bildirək ki, Gömrük Komitəsinin ötən il keçirdiyi analoji tenderin qalibi də “Univesal-RA” MMC olub. Bir il əvvəl Komitə it yemi almaq məqsədilə bu şirkətə 84 min 190 manat ayırıb.



©Yeniavaz