Image description

2021-ci ilin yanvar-mart ayları ərzində Azərbaycana 157 milyon 999 min dollar dəyərində 15 min 539 ədəd avtomobil idxal edilib.

İndex.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, avtomobil idxalı 2020-ci ilin ilk 3 ayı ilə müqayisədə 42 ədəd çoxdur.

2020-ci ilin yanvar-mart aylarında Azərbaycana 169 milyon 634 min dollar dəyərində 15 min 492 ədəd avtomobil idxal edilmişdi.

Minik avtomobillərinin idxalı 14 min 417 ədəddən 14 min 219 ədədə geriləyib.