Image description

Türkiyə Mərkəzi Bankı birbaşa və ya vasitəçilər yolu ilə maliyyə hesablaşmalarında kriptovalyutaların istifadəsinə qadağa qoyub.

İndex.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Bu, “Bitcon”in 61 min dollardan aşağı düşməsinə səbəb olub. “CoinDesk” portalının verdiyi məlumata görə, rəqəmsal valyutanın ən aşağı həddi 60 454 dollar təşkil edib.

Bildirildiyi kimi, qadağa bu ilin 30 aprelində qüvvəyə minir və vətəndaşlar, o cümlədən təşkilatlar arasındakı hesablaşmalarda kriptovalyutalarla hər hansı bir əməliyyatın həyata keçirilməsinə şamil edilir.

Bundan əlavə, Mərkəzi Bank bu cür əməliyyatların requlyatorlar tərəfindən nəzarət olmaması səbəbi ilə razılaşan tərəflər üçün ciddi risklər daşıdığını qeyd edib.


©Banker