Image description

2021-ci ilin ilk 3 ayında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 6 milyard 668 milyon 302 min ABŞ dolları təşkil edib.

İndex.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac əməliyyatları üzrə 4 milyard 137 milyon 852 min ABŞ dolları, idxal əməliyyatları üzrə 2 milyard 530 milyon 450 min ABŞ dolları həcmində ticarət aparılıb və 1 milyard 607 milyon 402 min dollarlıq müsbət saldo yaranıb.

Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin yanvar-mart dövründə Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 6 milyard 843 milyon 734 min ABŞ dolları təşkil etmişdi. 2020-ci ilin ilk 3 ayında idxal əməliyyatları üzrə 2 milyard 636 milyon 969 min ABŞ dolları, ixrac əməliyyatları üzrə 4 milyard 206 milyon 765 min ABŞ dolları məbləğində ticarət aparılmışdı. Saldo müsbət 1 milyard 569 milyon 795 min dollar təşkil etmişdi.

Bizi Telegram-da izləyin: t.me/indexaz