Image description

Kapital Bankın daşınmaz əmlak kreditləri (əsasən ipoteka)portfeli 4 dəfədən çox artıb.

İndex.az Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2020-ci ilin 1-ci rübünün sonunda müştərilərə verilmiş daşınmaz əmlak kreditləri 56 milyon 893 min manat ikən, 31 Mart 2021-ci il tarixində 244 milyon 613 min manat təşkil edib.

Kapital Bankın müştərilərə verdiyi istehlak kreditləri 25 milyon 656 min manat artaraq 1 milyard 374 milyon 855 min manata yüksəlib, biznes kreditləri isə 42 milyon 277 min manat azalaraq 593 milyon 704 min manata düşüb.

31 Mart 2021-ci il tarixində Kapital Bank tərəfindən müştərilərə verilmiş kreditlər 2 milyard 213 milyon 171 min manat təşkil edib. Bu məbləğ ötən ilin eyni tarixində 2 milyard 42 milyon 72 min manat idi.

Bizi Telegram-da izləyin: t.me/indexaz