Image description

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin (SKSP) direktoru (CEO) vəzifəsindən azad edilib.

İndex.az xəbər verir ki, vəzifəsindən azad olunan direktor isə Nazim Talıbov Natiq oğludur.

SKSP-nin yeni direktoru isə Elşad Nuriyev Nuru oğludur.

Elşad Nuriyev 2017-ci ildən bu gün qədər “PMD Group”a yaxın şirkət olan “Agrarco” MMC-nin Direktorlar Şurasının sədri idi. “Agrarco”, hansıki Azərbaycanda 1300 hektar ərazidə fındıq bağları, 300 hektar ərazidə isə təzə meyvə (gilas, albalı, alma) bağları salıb.

E.Nuriyev 2012-2016-cı illərdə İdarə Heyətinin üzvi və baş maliyyə inzibatçısı kimi, 2010-2012-ci illərdə ADA universitetinin Maliyyə və aktivlərin idarə edilməsi üzrə direktoru, Ukraynda “Sokrat” şirkətində və “BP” də çalışıb.

O, 2002-2004-cü illərdə ABŞ-da Bluminqtonda yerləşən İndiana Universitetinin Publik maliyyə administratorluğu üzrə magistr dərəcəsinə yiyələnib.

“Sumqayıt Kimya Sənaye Parkı” MMC Kimya Sənaye Parkı, Mingəçevir Sənaye Parkı, Qaradağ Sənaye Parkı və Pirallahı Sənaye Parkının idarəedici təşkilatıdır.

“Sumqayıt Kimya Sənaye Parkı” MMC Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il 21 dekabr tarixli 548 nömrəli Fərmanı ilə yaradılmışdır.

“Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti 11 may 2012-ci ildə dövlət qeydiyyatına alınmışdır.



©Banker

Bizi Telegram-da izləyin: t.me/indexaz