Image description

“Kapital Bank” ASC 2021-ci ilin 1-ci rübünü 55 milyon 535 min manat xalis mənfəət ilə başa vurub. Bank 2020-ci ilin eyni dövrünü 74 milyon 893 min manat xalis mənfəət ilə bağlamışdı. Bankın gəlirləri və əməliyyat mənfəəti artıb. Xalis mənfəətin azalması mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyata ayırma ilə bağlıdır.

İndex.az Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2020-ci ilin 1-ci rübü ilə müqayisədə 2021-ci ilin 1-ci rübündə “Kapital Bankı”ın cəmi əməliyyat gəlirləri 15 milyon 597 min manat və ya 10% artaraq 170 milyon 526 min manat təşkil edib. Bank ötən ilin 1-ci rübündə 154 milyon 929 min manat əməliyyat gəlirləri əldə etmişdi. Bankın cəmi əməliyyat xərcləri isə 8 milyon 290 min manat artaraq 71 milyon 598 min manatdan 79 milyon 888 min manata yüksəlib.

Gəlirlər xərclərdən daha çox artdığından Kapital Bankın əməliyyat mənfəəti 83 milyon 331 min manatdan 90 milyon 638 min manata yüksəlib. Bank ilk rübdəki 90 milyon 638 min manat əməliyyat mənfəətindən 21 milyon 195 min manat ehtiyata ayırıb və 13 milyon 908 min manat mənfəət vergisi ödəyib. 2020-ci ilin ilk rübündə isə ehtiyatdan 10 milyon 573 min manat azad olmuş və 83 milyon 331 min manat mənfəətə əlavə edilmişdi. Bank 93 milyon 904 min manat mənfəətindən 19 milyon 10 min manat mənfəət vergisi ödəmişdi. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyata ayırma KapitalBankın xalis mənfəətinin azalmasına səbəb olub.

Bizi Telegram-da izləyin: t.me/indexaz